Azərbaycan Super Liqasında ikinci dövrənin növbəti oyunları keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin növbəti oyunları keçirilib

Əvvəlcə meydana “Abşeron” və “Azərreyl” komandaları çıxıblar.Çempionatın turnir cədvəlinin lideri "Abşeron" rəqibinə 3:1 (25:14, 25:17, 22:25, 25:21) hesabı ilə qalib gəlib. Bu qarşılaşmadan sonra “Murov” - UNEC duelinə start verilib. "Murov" rəqibini 3:0 (25:22, 25:16, 25:17) hesabı ilə üstələyib.

Turnir cədvəlinə 15 xalla "Abşeron" klubu başçılıq edir. Yeddi xalı olan "Azərreyl" ikinci, 6 xalı olan "Murov" üçüncüdür. UNEC isə 2 xalla sonuncudur.

Fevralın 11-də isə ikinci dövrənin son oyunları keçiriləcək. Altıncı turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” – “Murov” komandaları arasında olacaq. Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Xəbər 296 dəfə oxundu.