Cüdoçularımız açıq Avropa kuboku yarışında iştirak edəcəklər
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa kuboku yarışı keçiriləcək.

Turnirdə Azərbaycanın 22 təmsilçisinin iştirakı planlaşdırılır. Belə ki, komandamızın heyətində 16 kişi, 6 qadın cüdoçusu yer alacaq.

Turnir fevralın 12-də start götürəcək və iki gün davam edəcək.
Yarışda iştirak etmək üçün indiyədək 27 ölkədən 362 idmançı qeydiyyatdan keçib.

Xəbər 285 dəfə oxundu.