Yekaterinburqda Universiadanın ictimai mərkəzi 2023-cü ilin birinci rübündə istifadəyə veriləcək
Yekaterinburqda “Universiada-2023”ün “Atletlər kəndi”ndə nümayəndə heyətlərinə xidmət üçün nəzərdə tutulmuş ictimai mərkəz gələn ilin birinci rübündə istifadəyə veriləcək.

Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ümumi sahəsi təqribən 32 min kvadratmetr olan mərkəzin yeməkxanasında eyni vaxtda 2 min nəfər istifadə edə bilər. Bundan əlavə, ictimai mərkəzdə 500 yerlik tribunası olan idman arenası, idman zalı, elektron kitabxana, tədris auditoriyaları və kompüter laboratoriyaları da olacaq.

Qeyd edək ki, XXXII Ümumdünya Yay Universiadası avqustun 8-dən 19-dək Yekaterinburqda keçiriləcək. Yarış proqramına 18 idman növü daxildir.

Xatırladaq ki, 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilmiş analoji yarışda Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Xəbər 275 dəfə oxundu.