Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Turun son oyununda "Sumqayıt" klubu “Səbail”in qonağı olub. “ASCO Arena”dakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Matçda hesabı meydan sahibləri açıblar. Domantas Şimkus 17-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. Matçın 65-ci dəqiqəsində isə “gənclik şəhəri” təmsilçisi tarazlığı bərpa edib. “Dənizçilər”in heyətində Camal Araqo avtoqol müəllifi olub.
Bu heç-heçədən sonra “Sumqayıt” 13 xalla 7-ci, “Səbail” isə 11 xalla sonuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Keşlə”yə 1:0, “Qarabağ" "Neftçi”yə 2:1, “Sabah” isə evdə “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 285 dəfə oxundu.