IFFHS: “Qarabağ” fevral ayı üçün ən yaxşı klubların reytinq siyahısında yer alıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin fevral ayı üçün ən yaxşı 200 klubun yer aldığı reytinq siyahısını açıqlayıb.

iyahıda Azərbaycandan 1 klub yer alıb. Bu, “Qarabağ”dır. Ağdam təmsilçisi 85,6 xalla 162-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Braziliyanın “Atletiko Mineyro” klubu başçılıq edir. Niderlandın “Ayaks” klubu ikinci, Braziliyanın “Palmeyras” komandası üçüncü yerdədir.

Bundan sonra IFFHS klubların yeni reytinq siyahısını ildə bir dəfə yox, ayda bir dəfə açıqlayacağını elan edib.

Xəbər 262 dəfə oxundu.