Azərbaycan Yüksək Liqası: “Sərhədçi” – “Murov” oyununun keçirilmə yeri və vaxtı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü turdan təxirə salınan “Sərhədçi” – “Murov” oyununun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, qarşılaşma fevralın 9-da saat 17:00-da başlayacaq.

Fevralın 12-də isə beşinci turun matçları keçiriləcək. Günə saat 15:00–da “Neftçi” - “Sərhədçi” qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da MOİK – “Ekspress” matçı başlayacaq.

Görüşlər “Murov” voleybol klubunun idman zalında baş tutacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

Xəbər 286 dəfə oxundu.