UEFA Konfrans Liqasının rəsmi tviter hesabında “Qarabağ” klubu ilə bağlı paylaşım edilib
UEFA Konfrans Liqasının rəsmi tviter hesabında “Qarabağ” klubu haqqında növbəti paylaşım edilib.

Postda “köhlən atlar”ın Kadi Borgesin qolları ilə “Neftçi”ni Premyer Liqanın XV turunda 2:1 hesabı ilə məğlub etdiyi və ən yaxın izləyicisi “Qəbələ” ilə xal fərqini 10-a çatdırdığı qeyd olunub.

Qeyd edək ki, Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə üz-üzə gələcək. Komanda ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Xəbər 602 dəfə oxundu.