Şahmatçımız Abdulla Qədimbəyli Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək.

Azərbaycanı yarışda Abdulla Qədimbəyli təmsil edəcək. Turnir 9 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək. Turnirdə 16 şahmatçı iştirak edəcək ki, onlardan da 7-si qrosmeysterlərdir.

Yarış fevralın 13-dək davam edəcək.

Qeyd edək ki, bundan əvvəl şahmatçımız Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə 10 turdan 4 xal əldə edərək 13-cü yeri tutub.

Xəbər 264 dəfə oxundu.