Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin gümüş medalını qazanıb
Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) gümüş medal qazanıb.

Təmsilçimiz həlledici mərhələdə Murad Sanşiroya məğlub olaraq ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, komandamızın üzvü Uşangi Kokauri (+100 kq) də turnirin finalında mübarizə aparır.


Xəbər 675 dəfə oxundu.