Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin finalında mübarizə aparacaq
Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.

Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) yarımfinalda Cənubi Koreya təmsilçisi Minjonq Kimi məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

Xəbər 298 dəfə oxundu.