Daha bir cüdoçumuz “Böyük dəbilqə” turnirinin yarımfinalına vəsiqə qazanıb
Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.

Komandamızın daha bir üzvü - Məmmədəli Mehdiyev (90 kq) turnirin yarımfinalına vəsiqə qazanıb. Cüdoçumuz yarmfinala gedən yolda Rafael Macedo (Braziliya) və Türkiyə təmsilçisi Mihael Zganka qalib gəlib.

Qeyd edək ki, millimizin digər üzvü Uşangi Kokauri (+100 kq) də yarımfinalda mübarizə aparacaq. Onun bu mərhələdə rəqibi Cənubi Koreya təmsilçisi Minjonq Kim olacaq.

Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur. Komandamızın aktivində hələlik medal yoxdur.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

Xəbər 329 dəfə oxundu.