Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medalı uğrunda mübarizə aparacaq
Parisdə keçirilən “Böyük dəbilqə” turnirində komandamızın daha bir üzvü - Məmmədəli Mehdiyev (90 kq) finala vəsiqə qazanıb.

Təmsilçimiz yarımfinalda gürcüstanlı Beka Gvinaşvilini məğlub edib.

Qeyd edək ki, komandamızın üzvü Uşangi Kokauri (+100 kq) də turnirin finalında mübarizə aparacaq.
Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

Xəbər 609 dəfə oxundu.