Şahmat üzrə Azərbaycan çempionatının ilk turunda favoritlərin böyük əksəriyyəti qalib gəlib
Fevralın 5-də Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatına start verilib. 24 şahmatçının mübarizə apardığı Azərbaycan çempionatında birinci turun ilk gedişlərini gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov ediblər.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, sona çatmış ilk turda reytinq favoritlərinin böyük əksəriyyəti qalib gəlib və bu mənada gözlənilməz nəticələr olmayıb. Bu turda 9 şahmatçı öz aktivinə bir xal yazdırıb.

Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Məmmədov, Misrətdin İskəndərov, Murad İbrahimli, Pərviz Qasımov ilk turu qələbə ilə başa vurublar.

Xəbər 265 dəfə oxundu.