Formula 1 komandalarının bolidlərinin təqdimat tarixi müəyyənləşib
Hər il fevral ayında Formula 1 komandaları bolidlərini ictimaiyyətə təqdim edir. Artıq bəzi komandaların təqdimat tarixi məlumdur.

Ötən mövsümün uğurlu kollektivlərindən olan “Red Bull” fevralın 9-da yeni bolidini ictimaiyyətə nümayiş etdirəcək. Amma Avstriya komandası yarış maşınının bütün özəlliklərini nümayiş etdirməyəcək. Bir gün sonra isə “Aston Martin” yeni bolidi ilə azarkeşlərinin qarşısına çıxacaq. Fevralın 11-də “Maklaren”, üç gün sonra “Alfa Tauri”, ayın 17-də “Ferrari”, ertəsi gün “Mercedes”, 21-də isə “Alpin” təqdimat mərasimi keçirəcək. Son olaraq fevralın 27-də “Aston Martin” bolidini ictimaiyyətə təqdim edəcək.

Xəbər 285 dəfə oxundu.