“Milan” uzun müddətdi geri qaytarmağa çalışdığı Kakadan vaz keçib
“Milan” uzun müddətdi geri qaytarmağa çalışdığı Kakadan vaz keçib. Bu barədə klubun vitse-prezidenti Adriano Qalliani açıqlama verib.
“Kan”ın 18 yaşlı oyunçusu Mbaye Nyanqın transferi üçün Fransada olan Qalliani bunları deyib: “Kakanın transferi bizim üçün başa çatdı. Çünki ortada bir risk var. Hazırda Nyanq hədəfimizdədi. Onu 6 aydı izləyirik və çox yaxşı bir oyunçu olduğuna inanırıq. Seçmimiz məhz bu futbolçu olacaq. Çünki baş məşqçimiz onu çox istəyir”.

Xəbər 922 dəfə oxundu.