Kişi şahmatçılardan ibarət komanda “Gıbchess Battle of the sexes 2022” turnirinin qalibi olub
Cəbəllütariqdə kişilər və qadınlar arasında keçirilən “Gıbchess Battle of the sexes 2022” komanda turniri başa çatıb.

Müxtəlif ölkələrin şahmatçılarının qatıldıqları yarışda Azərbaycanı Günay Məmmədzadə təmsil edib.

Şahmatçımız 10-cu turda öz lövhəsində zambiyalı Gillan Bvalya ilə heç-heçə edib. Bu turda qadınlardan ibarət komanda kişilərin yığmasına 3,5:6,5 hesabı ilə məğlub olub.

Yekun nəticəyə görə, kişilərdən ibarət yığma qadın şahmatçılarına 53:47 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Xəbər 297 dəfə oxundu.