Futbolçumuz Fərid Nəbiyev Çexiya klubunun heyətində bu il altıncı qolunu vurub
Çexiyanın ikinci liqa təmsilçisi “Viktoriya”da (Jijkov) oynayan azərbaycanlı futbolçu Fərid Nəbiyev növbəti matça çıxıb.

Yüsək liqa təmsilçisi “Slovan”a (Liberts) qarşı yoxlama görüşündə 22 yaşlı vingerin komandası 4:3 hesabı ilə qələbə qazanıb. Qollardan birini F.Nəbiyev vurub.

Qeyd edək ki, F.Nəbiyev bu qış keçirilən digər yoxlama görüşlərində də məhsuldarlığı ilə fərqlənib. O, ümumən 2022-ci ildə 5 yoxlama oyununda rəqib qapılarına 6 dəfə yol tapıb.

Xəbər 275 dəfə oxundu.