Voleybol üzrə məşqçi-müəllimlər üçün seminarlar keçiriləcək
Fevralın 5-də Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 8-10 yaşlı uşaqlar arasında voleybol idman növünün inkişaf etdirilməsi məqsədi ilə məşqçi-müəllimlərin seminarlarına start veriləcək. Seminarların fevral-mart aylarında təşkili nəzərdə tutulub.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, idman və ümumtəhsil məktəblərinin məşqçi-müəllimləri üçün nəzərdə tutulan seminarlar Bakı ilə yanaşı, regionlarda da keçiriləcək.

Nəzəri və praktik hissədən ibarət olacaq seminara 2021-ci ilin sentyabr ayında Sloveniyada təşkil olunan beynəlxalq məşqçi forumunda iştirak etmiş mütəxəssislərimiz rəhbərlik edəcəklər.

İlk seminar fevralın 5-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Sonda iştirakçılara sertifikat, toplar və metodik kitablar təqdim olunacaq.

Xəbər 816 dəfə oxundu.