Azərbaycan voleybolçusunun çıxış etdiyi klub avrokubokda mübarizəni dayandırıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenkonun çıxış etdiyi Yunanıstanın “Panatinaikos” klubu avrokubokda mübarizəni dayandırıb.

Yunanıstan təmsilçisi Çellenc kuboku yarışlarının dörddəbir final mərhələsinin cavab oyunlarında İspaniyanın “La Laquna” komandasına 0:3 hesabı ilə məğlub olub. Bu görüşdə voleybolçumuz 3 xal toplayıb.

Komandalar arasında keçirilən ilk oyunda da İspaniya klubu qələbə qazanıb – 3:2.

Xəbər 297 dəfə oxundu.