“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Paytaxt təmsilçisi “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Kristian da Silva Fil bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanıb.

Otuz üç yaşlı oyunçu yeni komandasında 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kristian da Silva Fil karyerası ərzində ölkəsinin “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Onun son komandası Portuqaliyanın "Koimbra" klubu olub.

Xəbər 287 dəfə oxundu.