Misir yığması futbol üzrə Afrika Millətlər Kubokunun finalına vəsiqə qazanıb
Futbol üzrə Afrika Millətlər Kubokunun ikinci yarımfinal matçı Yaundenin “Olembe” stadionunda ev sahibi Kamerun və Misir yığma komandaları arasında keçirilib.

Gərgin mübarizə şəraitində keçən görüşün əsas - 90 dəqiqəlik hissəsi heç-heçə nəticələnib. Qambiyalı hakim Baraki Qassamanın qərarına etiraz edən “fironlar”ın portuqaliyalı baş məşqçisi Karlos Queyroza və komandanın direktoru Vail Cumaya qırmızı kart göstərilib.

Əlavə edilmiş 30 dəqiqə də qolsuz bitdikdən sonra qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri təyin olunub. Misir millisi daha yaxşı nəticə göstərərək 3:1 hesabı ilə qalib gəlib.

İkinci yarımfinal matçının qalibi olan Misir yığması fevralın 6-da Yaundenin “Axmadi Axidjo” stadionunda keçiriləcək final matçında Seneqal millisi ilə qarşılaşacaq.

Xəbər 279 dəfə oxundu.