Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin ilk oyunu “Neftçi”nin futbolçusu Voislav Stankoviç üçün əlamətdar olub
Futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin ilk oyunu “Neftçi”nin futbolçusu Voislav Stankoviç üçün əlamətdar olub.

Serbiyalı müdafiəçi Bakı klubunun heyətində 75-ci oyuna çıxıb və 5-ci qoluna imza atıb. “Sabah”la ev matçınadək 74 görüşdə 4 dəfə fərqlənən arxa xətt oyunçusu hesabı açmaqla ikiqat yubileyi gerçəkləşdirib.

2019-cu ilin yayından “ağ-qaralar”ın heyətində çıxış edən müdafiəçi Premyer Liqada 56 (4 qol), kubokda 5 (1 qol), avrokuboklarda isə 14 matç keçirib.

Xəbər 289 dəfə oxundu.