İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcək idmançılar arasında gender bərabərliyi təmin ediləcək
2026-cı ildə İtaliyanın Milan və Kortina d`Ampetso şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcək idmançılar arasında gender bərabərliyi təmin ediləcək.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax təşkilatın sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib.

O, qeyd edib ki, hazırda Olimpiya iştirakçılarının 45 faizini qadınlar təşkil edir. Bunadək qadın iştirakçılar 41 faiz təşkil edirdilər.
Qeyd edək ki, fevralın 4-də Pekində Qış Olimpiya Oyunları start götürəcək və ayın 20-dək davam edəcək. 2026-cı ildə Milan və Kortina d`Ampetsoda keçiriləcək oyunlar isə fevralın 6-dan 22-dək davam edəcək.

Xəbər 369 dəfə oxundu.