“Keşlə” klubu “Tottenhem”in yetirməsi ilə müqavilə imzalayıb
Bakının “Keşlə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Kluub ingiltərəli Natan Oduva ilə müqavilə imzalayıb.

İyirmi altı yaşlı hücumameyilli yarımmüdafiəçinin sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, İngiltərənin “Tottenhem” klubunun yetirməsi olan Natan Oduva son olaraq İrlandiyanın “Dandolk” komandasında çıxış edib.

Xəbər 273 dəfə oxundu.