“Keşlə” klubu Azərbaycan kuboku yarışında 50-ci səfər oyununu keçirib
“Keşlə” klubu Azərbaycan kuboku yarışında 50-ci səfər oyununu keçirib. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adlanan komandanın yubileyi dörddəbir finalın “Qarabağ”la ilk görüşünə təsadüf edib.

0:1 hesabı ilə uduzan Bakı klubu 16-cı məğlubiyyətini alıb. Paytaxt təmsilçisi səfərdə 22 qələbə və 12 heç-heçəyə də malikdir. “Keşlə” 74 qol vurduğu rəqib meydanlarında 55-ci topu buraxıb.

Qeyd edək ki, səfərdəki oyun sayında yalnız “Neftçi” və “Qarabağ”dan geri qalan qəsəbə təmsilçisi “Kəpəz”ə çatıb.

Xəbər 279 dəfə oxundu.