İraq millisinin baş məşqçisi Jelko Petroviç istefaya göndərilib
Futbol üzrə İraq millisinin baş məşqçisi Jelko Petroviç istefaya göndərilib.

Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Monteneqrolu mütəxəssis uğursuz nəticələrə görə qovulub. O, milli komandanın sükanı arxasında cəmi 2 oyun keçirib. İraq yığması onun rəhbərliyi altında İrana uduzub və Livanla heç-heçə edib.

Jelko Petroviç ötən ilin noyabrında baş məşqçi postunda Dik Advokatı əvəzləmişdi.

Xəbər 274 dəfə oxundu.