Aleksey Baqa Azərbaycanın futbol tarixinə düşüb
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa postunda rəsmi debüt edib. “Gənclik şəhəri” təmsilçisi yeni çalışdırıcısı ilə ilk matçına Azərbaycan kuboku yarışında çıxıb. Dörddəbir finalın “Qəbələ” ilə görüşü Baqa üçün ilklə əlamətdar olub.

O, həm də Azərbaycan klublarında çalışan ilk belaruslu olub. Onadək ölkəmizdə bütün yarışlar nəzərə alınmaqla 71 legioner məşqçi çalışıb ki, onlardan 43-ü kubokda da iştirak edib. Baqa klublarda 72-ci əcnəbi, kubokda 44-cü legioner məşqçidir.

Qeyd edək ki, onun debüt oyununda “Sumqayıt” “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.

Xəbər 277 dəfə oxundu.