“Qarabağ” klubu “Marsel” komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib
Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Siyahıya yeni transferlər - qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə daxil edilib.

Əvəzində Kiprin AEK (Larnaka) komandasına icarəyə verilmiş Qaspar Panadero, uzun müddətdir zədəli olan Xayme Romero və Türkiyənin Antalya bölgəsindəki toplanış zamanı 10 ay müddətinə sıradan çıxmış Hüseyn Hüseynzadə heyətdən kənarda qalıb.

Heyətdə qapıçılar - Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Amin Ramazanov, Luka Quqeşaşvili, Ayhan Arazlı (B siyahısı), müdafiəçilər - Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Zamiq Əliyev (B siyahısı), Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev (B siyahısı), Leandro Andrade, yarımmüdafiəçilər - Qara Qarayev, Patrik Andrade, Riçard Almeyda, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borqes, Toral Bayramov (B siyahısı), hücumçular - Musa Qurbanlı (B siyahısı), İbrahima Vadji, Ramil Şeydayev və Rüstəm Əhmədzadə yer alıblar.

Qeyd edək ki, “Qarabağ” klubu “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Xəbər 303 dəfə oxundu.