Pekin Olimpiadasına gələn insanlar arasında indiyədək 300-dək koronavirusa yoluxma hadisəsi aşkarlanıb
Yanvarın 23-dən bəri Çin hakimiyyəti Pekin Olimpiadasına gələn insanlar arasında 300-ə yaxın koronavirusa yoluxma hadisəsi aşkarlayıb.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası zamanı “Pekin-2022”nin təşkilat komitəsinin tibbi ekspert qrupunun sədri Brayan Makkloski məlumat verib. Məlumatda bildirilir ki, aşkar edilmiş yoluxma hallarının dəqiq sayı 287-dir.

Pekin Olimpiadası fevralın 4-də start götürəcək və 20-dək davam edəcək. Azərbaycanı bu nüfuzlu yarışda fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.

Xəbər 470 dəfə oxundu.