Mahir Emrelinin “Dinamo”ya transferinin qiyməti açıqlanıb
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Legiya” komandasından Zaqreb “Dinamo”suna transferinin qiyməti açıqlanıb.

25 yaşlı hücumçunun keçidi 1 milyon avroya gerçəkləşib. Lakin Xorvatiya klubu bu transfer üçün pul ödəməyəcək. Belə ki, Polşa klubunun “Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən “Legiya” zaqreblilərə cəmi 200 min ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb.

Qeyd edək ki, “Legiya” yığmamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.

Xəbər 277 dəfə oxundu.