Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub
Fevralın 2-də futbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Mərhələnin son qarşılaşmasında “Sumqayıt” klubu doğma meydanda “Qəbələ” komandasını qəbul edib. “Kapital Bank Arena”dakı görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 26-cı dəqiqədə penaltidən İsnik Alimi vurub. İkinci hissə tamamilə meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

Komandalar arasında cavab matçı fevralın 13-də Qəbələdə oynanılacaq.

Qeyd edək ki, günün ilk oyununda “Zirə” öz meydanında “Səbail”i darmadağın edib - 4:0. Dünən keçirilmiş matçlarda isə “Qarabağ” evdə “Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib, “Neftçi” klubu isə “Sabah”la bərabərə qalıb.

Xəbər 390 dəfə oxundu.