Şahmatçılarımız beynəlxalq turnirdə liderliklərini davam etdirirlər
Macarıstanın paytaxtı Budapeştdə beynəlxalq qrosmeyster və usta normalı turnirdə Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər.

Beynəlxalq qrosmeyster normalı turnirdə şahmatçımız Kənan Qarayev 7 turdan sonra 5 xal, beynəlxalq usta normalı turnirdə isə digər şahmatçımız Azər Mirzəyev 7 turdan 6,5 xal toplayaraq liderliklərini davam etdirirlər. Hər iki turnir dairəvi sistem üzrə keçirilir və 9 turdan ibarətdir.

Yarışlar fevralın 3-dək davam edəcək.

Xəbər 267 dəfə oxundu.