“Gıbchess Battle of the sexes 2022”: Günay Məmmədzadə növbəti dəfə heç-heçəyə imza atıb
Cəbəllütariqdə kişilər və qadınlar arasında keçirilən “Gıbchess Battle of the sexes 2022” komanda turniri davam edir.

Müxtəlif ölkələrin təmsilçilərin qatıldıqları yarışda Azərbaycanı Günay Məmmədzadə təmsil edir. Şahmatçımız səkkizinci turda öz lövhəsində ABŞ təmsilçisi Erik Rosenlə heç-heçə edib. Bu mərhələdə qadınlardan ibarət komanda kişilərin yığmasına 4,5:5,5 hesabı ilə məğlub olub. Ötən turların nəticəsinə görə, kişilərdən ibarət yığma komanda qadın şahmatçılarını 42,5:37,5 hesabı ilə üstələyir.
On turdan ibarət turnir fevralın 3-dək davam edəcək.

Xəbər 263 dəfə oxundu.