Futbol üzrə millimizi V İslam Həmrəyliyi Oyunlarında meydana baş məşqçi Samir Əliyev çıxaracaq
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında futbol üzrə Azərbaycan millisini meydana baş məşqçi Samir Əliyev çıxaracaq.

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov fevralın 2-də keçirilən mətbuat konfransında deyib.

AFFA rəsmisi qeyd edib ki, yarışda 1998-ci il və daha aşağı yaşlı, həmçinin 3 sərbəst yaşa malik futbolçunun iştirakına icazə veriləcək. Vaxt baxımından çətinlik olacaq. Çünki avqustda 10 klubla Premyer Liqaya başlayacağıq, həmçinin avrokubok oyunları keçiriləcək. Sentyabrda isə milli komandanın seçmə matçları keçiriləcək.İslam Həmrəyliyi Oyunlarının püşkatma mərasiminin martda keçirilməsi nəzərdə tutulub. Həmin vaxt millimizin hazırlığa başlamasa nəzərdə tutulub.

"Bakıda təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunlarında futbol millimiz yarışın qalibi olub. Ümid edirik ki, yığmamız bu uğuru Türkiyədə də təkrarlayacaq", - deyə E.Məmmədov əlavə edib.

Xəbər 266 dəfə oxundu.