Bakının "Keşlə" klubu yeni adla oyunlarını martda keçirəcək
Bakının "Keşlə" klubu yeni adla oyunlarını martda keçirəcək.

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov fevralın 2-də təşkil olunan mətbuat konfransında deyib.

Bununla bağlı AFFA və PFL-ə sənədlərin göndərildiyini bildirən E.Məmmədov deyib: "Öz tərəfimizdən bu yeniliyi təsdiqləmişik. İndi UEFA-dan cavab gözləyirik. Əsas məqsədimiz odur ki, "İnter" və "Keşlə"nin özünəməxsus tarixi itməsin".

Qeyd edək ki, Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və "Keşlə" futbol klubu arasında müzakirələr müsbət nəticələnib. Bölgələrdə futbolun inkişafına dəstək, stadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə" klubu "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

Xəbər 253 dəfə oxundu.