Jozef Kliment: Azərbaycan UEFA-nın ən vacib üzvlərindən biridir
Azərbaycanda ilk dəfə 15 il əvvəl olmuşdum. Paytaxtınızda futbol akademiyasının və stadionların açılış mərasimində iştirak etmişəm. Bu dəfə bura gələndə çox təəccübləndim. Ölkəniz çox inkişaf edib.

Bunu UEFA-nın milli assosiasiyalar üzrə müşaviri Jozef Kliment AFFA-nın hesabat konfransında deyib.

J.Kliment qeyd edib ki, Azərbaycan UEFA-nın ən vacib üzvlərindən biridir. Çünki ölkəniz futbol üzrə bir neçə mötəbər turnirə yüksək səviyyədə ev sahibliyi edib. Belə ki, Bakıda qızlar arasınsa U-17 dünya çempionatı, U-17 Avropa çempionatı, Avropa Liqasının final oyunu, ən əsası "Avro-2020"nin 4 oyunu təşkil olunub. Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Slovakiyalı funksioner bildirib ki, Azərbaycanda görülmüş işləri iki sözlə ifadə etmək üçün inkişaf və sabitlikdən istifadə etmək olar: "Təkcə futbol infrastrukturunu deyil, eyni zamanda köhnələn idman qurğularını bərpa edirsiniz. Eyni zamanda futbol ailəsinin çox tanınmış üzvlərindən oldunuz".

Xəbər 266 dəfə oxundu.