"Avro-2020"nin Bakıda təşkil olunan oyunlarını 260 milyon tamaşaçı izləyib
"Avro-2020"nin Bakıda təşkil olunan 4 oyununu 260 milyon tamaşaçı televiziya vasitəsilə izləyib.

Bunu fevralın 2-də AFFA-nın hesabat konfransında "Avro-2020"nin irsi" mövzusunda məruzə ilə çıxış edən Kamran Vəliyev deyib.

Bildirib ki, qrup mərhələsi çərçivəsində keçirilən İsveçrə-Uels matçını 52, Türkiyə-Uels oyununu 71, İsveçrə-Türkiyə qarşılaşmasını isə 27 milyon azarkeş izləyib. Turnirin dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda təşkil olunan Danimarka - Çexiya oyununu isə 110 milyon tamaşaçı izləyib.

Xəbər 251 dəfə oxundu.