"Pekin-2022" Qış Olimpiadasında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb | |
"Pekin-2022" Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb. Bu barədə Azərbaycan komandasının şef de-missionu Anar Bağırov özünün feysbuk səhifəsində paylaşım edib. Azərbaycanı olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər. Qeyd edək ki, Pekin olimpiadası fevralın 4-dən 20-dən keçiriləcək. |
|
Xəbər 352 dəfə oxundu. |
|
|