Azərbaycan voleybol klubunda koronavirusa yoluxma halı qeydə alınıb
“Sərhədçi” klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.

Federasiyaya istinadla xəbər verir ki, müraciətdə komandanın baş məşqçisi Qüdrət Məlikov və oyunçu Ramiz Bağırovun COVID-19 virusuna yoluxduqları qeyd olunub. Klub rəhbərliyi həmin şəxslərin məşq prosesində komandanın digər üzvləri ilə təmasda olduqlarını nəzərə alaraq, fevralın 2-də və 5-də Azərbaycan Yüksək Liqasının müvafiq olaraq, MOİK və “Murov” ilə oyunlarının başqa tarixə dəyişdirilməsini istəyib.

Bu müraciət əsasında “Sərhədçi”nin hər 2 qarşılaşması təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri hələ müəyyənləşməyib.

Xəbər 255 dəfə oxundu.