Azərbaycan Premyer Liqasının XV turunun təqvimi açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun oyun cədvəli açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 7-də “Keşlə” – “Zirə” oyunu ilə start veriləcək. “ASK Arena” stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.

Turun ikinci görüşü “Bakcell Arena”da oynanılacaq. Mərkəzi qarşılaşmada “Neftçi” klubu lider “Qarabağ” komandasını qəbul edəcək.

Fevralın 8-də ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. “Qəbələ” klubu səfərdə “Sabah” komandasının qonağı olacaq. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Turun son oyunu isə “ASCO Arena”da saat 19:15-də “Səbail” və “Sumqayıt” komandaları arasında baş tutacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On dörd turdan sonra turnir cədvəlinə 33 xalla “Qarabağ” klubu başçılıq edir. İyirmi altı xal toplayan olan “Qəbələ” ikinci, 22 xalları olan “Neftçi” və “Zirə” klubları isə 3-4-cü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sabah” (17), “Keşlə” (14), “Sumqayıt” (12) və “Səbail” (10) klubları qərarlaşıblar.

Xəbər 254 dəfə oxundu.