Avropa çempionatının əsas mərhələsində iştirak edəcək Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb
Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, yeddinci qrupda yer alan komandamızın bütün görüşləri Xorvatiyanın Karlovac şəhərindəki “Mladost Arena”da keçiriləcək. Komandamız martın 16-da Belarus, ertəsi gün isə Xorvatiya yığması ilə qarşılaşacaq. Martın 19-da son dueldəki rəqibimiz isə Latviya futzalçıları olacaq.
Qeyd edək ki, ancaq qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaq. Sentyabrın 3-dən 10-dək İspaniyada keçiriləcək final mərhələsində qalib adı uğrunda yenə 8 komanda iki qrupda mübarizə aparacaq.
Bu yaş qrupu üzrə ilk qitə birinciliyi 2019-cu ildə Latviyanın Riqa şəhərində təşkil olunub. Qalib isə İspaniya futzalçıları olublar. Təqvim üzrə ikinci yarış ötən il keçirilməli idi. Amma COVID-19 pandemiyası ilə əlaqədar turnir 2022-ci ilə ertələnib.

Xəbər 339 dəfə oxundu.