Qətərdə keçiriləcək su idmanı növləri üzrə dünya çempionatı 2024-cü ilə təxirə salınıb
Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) Qətərdə keçiriləcək dünya çempionatının 2024-cü ilin yanvarına təxirə salındığını elan edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Dünya çempionatının 2022-ci ildə Yaponiyanın Fukuoka şəhərində keçirilməsi planlaşdırılsa da, sonradan 2023-cü ilə təxirə salınmışdı.

Su idmanı növləri üzrə sonuncu dünya çempionatı 2019-cu ildə Koreya Respublikasında keçirilib.

Xəbər 357 dəfə oxundu.