Azərbaycan şahmatçıları Macarıstanda beynəlxalq turnirlərdə uğurlu çıxışlarını davam etdirirlər
Macarıstanın paytaxtı Budapeştdə beynəlxalq qrosmeyster və usta normalı turnirlərdə Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər.

Beynəlxalq qrosmeyster normalı turnirdə təmsilçimiz Kənan Qarayev 6 turdan 4,5 xal toplayaraq birinci pillədə qərarlaşıb. Beynəlxalq usta normalı turnirdə isə digər şahmatçımız Azər Mirzəyev 6 turdan 5,5 xal toplayıb. O, bu nəticə ilə turnir cədvəlinə başçılıq edir. Hər iki turnir dairəvi sistem üzrə keçirilir və 9 turdan ibarətdir.

Yarışlar fevralın 3-dək davam edəcək.

Xəbər 261 dəfə oxundu.