Pekin Olimpiadasına gələn insanlar arasında 24 yeni koronavirusa yoluxma halı aşkarlanıb
Çin rəsmiləri Pekin Olimpiadasına gələn insanlar arasında daha 24 nəfərin koronavirusa yoluxduğunu bəyan edib.

Yanvarın 31-də Çinə gələn 1438 nəfərin 24-də virusa yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, fevralın 4-dən 20-dək keçiriləcək Qış Olimpiya Oyunlarında 90 ölkədən təxminən 3 min idmançı iştirak edəcək. Bəzi ölkələr Qış Olimpiya Oyunlarına ilk dəfə qatılacaq. Azərbaycanı Olimpiadada fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.

“Pekin-2022” medal dəstlərinin sayına görə ən böyük Qış Olimpiya Oyunları olacaq.

Xəbər 288 dəfə oxundu.