Polşanın “Legiya” klubu daha bir azərbaycanlı futbolçu transfer edib
Polşanın “Legiya” klubu daha bir azərbaycanlı futbolçu transfer edib.

Varşava təmsilçisi gənc müdafiəçi Ramil Mustafayevi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Polşanın ikinci divizionda mübarizə aparan “Stal” klubundan transfer olunan 18 yaşlı futbolçu ilə müddəti 2025-ci il yayınadək olan müqavilə imzalanıb. O, yeni komandasında 32 nömrəli formanı geyinəcək.

2019-cu ildən “Stal”da çıxış edən R.Mustafayev bu mövsüm 13 oyuna 3 qol vurub.

“Legiya” ötən yay Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də transfer etmişdi. Lakin o, Varşava təmsilçisinin azarkeşləri ilə yaşadığı problemlə əlaqədar bu klubdan ayrılmağa qərar verib.

Xəbər 268 dəfə oxundu.