Bakının “Zirə” klubu futbolçusu Velves Santosla yollarını ayırıb
Bakının “Zirə” klubu futbolçusu Velves Santosla yollarını ayırıb.

Mövsümün əvvəlində Ukraynanın “Lvov” komandasından icarəyə götürmüş braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İyirmi iki yaşlı forvard üçtərəfli razılaşmaya əsasən, məxsus olduğu “Lvov” klubuna qayıdıb.

“Zirə”nin rəhbərliyi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 292 dəfə oxundu.