Bu gün Azərbaycan Super Liqasında ikinci dövrənin oyunlarına start veriləcək
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin oyunlarına start veriləcək.

Ölkə çempionatının dördüncü turu Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Günün ilk matçında – saat 16:00-da “Murov”la “Azərreyl” üz-üzə gələcəklər. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” oyununa start veriləcək.

Qeyd edək ki, birinci dövrədən sonra “Abşeron” 9, “Azərreyl” 6, UNEC 2, “Murov” isə 1 xala malikdir.

Xatırladaq ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Xəbər 297 dəfə oxundu.