Paraqvay yığmasının baş məşqçisi Cerardo Pelusso komandanın heyətini açıqlayıb
Paraqvay yığmasının baş məşqçisi Cerardo Pelusso komandanın heyətini açıqlayıb. Baş məşqçi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Argentina, 4 gün sonra isə Venesuella ilə keçiriləcək oyunlar üçün 20 futbolçuya dəvət göndərib.
Yığmaya çağırılan futbolçular arasında “Neftçi”nin üzvü Erik Ramos yoxdu. Paraqvaylı mütəxəssis Bakı klubunun 25 yaşlı yeni transferinin xidmətinə ehtiyac duymayıb.
Qeyd edək ki, bu il yığma 5 oyun keçirən Ramos sonuncu dəfə 9 iyunda Boliviyaya qarşı matçda milli formanı geyinib.

Xəbər 960 dəfə oxundu.