"Neftçi"nin braziliyalı hücumçu üçün ödədiyi məbləğ bəlli olub
"Neftçi" klubunun yeni transferi Gilyerme Pato üçün Braziliya "İnternasional"ına ödədiyi məbləğ bəlli olub.

Son ölkə çempionu 21 yaşlı hücumçunu 90 min avroya transfer edib.

Porto Aleqri təmsilçisi ümumilikdə yanvarda futbolçu satışından 27 milyon avro qazanıb.

"Ağ-qaralar" yanvarın 21-də Pato ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.

Xəbər 282 dəfə oxundu.