Səbail rayonunda gənclər arasında stritbol üzrə turnir keçirilib
Səbail rayonunda gənclər arasında stritbol üzrə turnir keçirilib.

189-190 nömrəli tam orta məktəbdə keçirilən yarış 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində təşkil edilib.

Yekun nəticələrə görə, birinci yeri 329 nömrəli tam orta məktəbin komandası qazanıb. İkinci yerdə 189-190 nömrəli məktəbin komandası qərarlaşıb. Üçüncü yerə isə 49 nömrəli intellekt məktəb-liseyin komandası layiq görülüb.

Yarış Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Xəbər 480 dəfə oxundu.